Çəpgözlük müalicəsində erkən diaqnoz çox önəmlidir. İlk göz müayinəsi üçün gec qalındığında uşaqların gözlərində estetik problemlə yanaşı ömür boyu davam edən görmə azlığı problemləri də meydana çıxır. Davamlı həmişə eyni gözün sürüşməsi o gözdə görmənin az olduğunun əlamətidir. Körpəlik və uşaqlıq dönəmində olan sürüşmələrin bir qismi yalançı sürüşmələrdir. Yalançı sürüşmə göz qapaqlarının və burun kökünün genişliyi ilə ortaya çıxan yanıldıcı bir formadır. Bu səbəbə görə də doğuşdan həmən sonra və uşaqlıq zamanı uşaqların göz şikayəti olmasa belə mütləq göz həkimi tərəfindən müayinə olması vacibdir.
Çəpgözlüyün növləri:
Çəpliklər gözlərin sürüşdüyü istiqamətə görə adlandırılır.
- İçə çəplik (Ezotropya)
- Xaricə çəplik (Ekzotropya)
- Yuxarıya çəplik (Hipertropya)
- Aşağıya çəplik (Hipotropya)
Çəpgözlük əməliyyatı nə zaman ola bilər?
- Gözdə paralleliyin itməsi
- Yaşarma
- Baş ağrısı
- İki görmə
- Üç ölçülü görüntünün itməsi
- Bulanıq görmə
- Baş və ya üzün bir yana dönük olması