Hipermetropiya,miyopiya, astiqmatizm kimi göz qüsurlarını düzəltmək, günəş və ya mühitdəki narahat edici işıqlardan qorunmaq üçün istifadə etdiyimiz eynək, yanlış bir seçim edilməsi zamanı istenilməyən problemlərə yol aça bilər. Doğru eynək necə seçilir? Polis,əsgər, idmançı hansı eynək şüşəsindən istifadə etməlidir? Uşaqlara necə eynək seçmək lazımdır?
Klinikanın həkimləri eynək seçimi ilə bağlı olan(Sizi maraqlandıran) 10 önəmli məlumatı Sizlərin diqqətinə çatdırır:
1- Eynək çərçivəsinin və şüşələrinin seçimi, göz həkimi tərəfindən verilən reseptə uyğun olmalıdır. Ağır, üz formasına görə seçilməmiş, keyfiyyətsiz və ya fərqli nömrəli şüşələr istifadə edərkən problemlər əmələ gələ bilər.
2- Üzünüzün formasına uyğun seçilməyən bir eynək estetik olaraq da problemlərə yol aça bilər. Məsələn yuvarlaq formalı bir üz kənarlı çərçivə, üçbucaq formasında olan üz üçün yuvarlaq və ya oval şəkildə olan çərçivələrin seçilməsi düzgün bir aksesuar seçimi olaraq daha estetik ola bilər.
3- Qaşlarımızın alt sərhədi ilə çərçivənin üst sərhədi arasında 2 cm açıqlıq olması həm eynəyin mərkəzini daha məhsuldar istifadəmizə, həm də görmə sahəsini genişlətməyə imkan verər.
4- Daha çox xarici mühitdə işləyənlərdə geniş eynək çərçivələrini seçirik. Çərçivənin üzə görə dar olması gicgahımızda təzyiqə səbəb olur və eynək gözümüzə tam oturmur. Uzun müddət taxılarsa baş ağrısı ola bilər. Çərçivənin sapının qulağa tam oturmaması və qabaqda qalması fokus sürüşmələrinə və görüntünün düzgün olmamasına səbəb ola bilər.
5- Çərçivələrin agırlıqları və hazırlandığı maddələr xüsusilə müxtəlif peşələr üçün böyük rol oynayır. Məsələn polis, əsgər, idmançı kimi zərbəyə məruz qalma ehtimalı olan və ya peşəsindən asılı olaraq tərləyən, kimyəvi maddələrlə çalışan qaynaqçı, avtomobil ustası, əl işləri ilə məşğul olanlar yüngül və qırılmaya dözümlü, eyni zamanda kimyəvi maddələr təsir etməyən aliminium, titan kimi metal çərçivələr və ya sümükdən olan çərçivələrdən istifadə etmələri lazımdır. Metal çərçivələrdə tərə bağlı oksidləşmə, paslanma və kimyəvi maddələrə bağlı olaraq deformasiya ola bilər.
6- Şüşə seçimində polis, əsgər, idmançı kimi zərbə alma ehtimalı olan işlərdə çalışanlar mütləq qırılmaz orqanik şüşələr istifadə etməlidirlər. Əgər günəş altında işləyirsə xameleon şüşələr və ya nömrələndirilmiş polaroid, Ultrabənövşəyi A/B/C filterli eynəklər seçməlidirlər.
7- Ofis mühitində və kompyuter arxasında çalışanlar isə antirefle örtüklü eynəklər-dən istifadə etmələri lazımdır.
8- Uşaqlarınıza eynəyi bəyəndirmək üçün eynək seçimində onların da fikri ilə maraqlanın və canlı rəngli çərçivələr seçin. Xüsusən 2-6 yaş arasında və ilk eynəklərdə daha ekonomik eynəklər seçə bilirsiniz, çunki bu eynəklərin qırılma ehtimalı çox olur. Təbii ki, elastik çərçivə və qırılmaz orqanik şüşələr uşaqlara bir zərər gəlməməsi üçün ilk seçiminiz ola bilər.
9- Uşaqlarda eynək nömrələrinin daha tez dəyişməsi səbəbi ilə hər 6 ayda bir müayinə olunmalıdır.
10- Aldığınız çərçivə və şüşələrin mütləq zəmanət kağızlarını və CE sertifikatını optikadan istəyin. Çünki bazarda müxtəlif ölkələrdə istehsal olunmuş optik olaraq zəif özəlikli şüşələr mövcuddur.