EKZIMER  LAZER  ƏMƏLİYYATI  QƏRARINI  VERMƏK   ÜÇÜN  KEÇİRİLƏN  MƏRHƏLƏLİ   MÜAYİNƏLƏR.

1-ci  Mərhələ

Topoqrafiya   tədqiqatları ilə  ətraflı olaraq  gözün  kornea  təbəqəsinin  topoqrafik  xəritəsi müəyyən olunur. Paximetriya  ilə  kornea  qalınlığı  ölçülür.  Kornea  qalınlığı,  tətbiq  olunacaq  cərrahi  üsulun  seçilməsində  əhəmiyyətli  faktordur.

2-ci  Mərhələ

Növbəti  müayinədə  görmə  itiliyi(visus), refraksiya, eynək  nömrəsi, biomikroskopik  müayinə və  son  olaraq  göz  daxili  təzyiq  ölçülür. 

3-cü  Mərhələ

Göz  bəbəyini  genişlətmək  üçün  damla  damlatılır  və  təxmini  30dəqiqədən  sonra 

refraksiya olunur, eynək  nömrələri  dəqiqləşdirilir  və  göz  dibi (torlu qişa)  müayinəsi  edilir.  Retinada  incəlmə, yirtıq  kimi  riskli  sahə  varsa  bu  bölgələrə  ARQON  LAZER  yöntəmi  tətbiq  olunur.  Arqon  lazer  müalicəsi  Ekzimer  lazer  əməliyyatını 3  həftə  gecikdirə  bilər, ancaq,  əməliyyata  mane  olmur. Təxmini olaraq  2 – 3  saata  qədər  davam  edən  bütün  müayinə  və  analizlərin  nəticəsində  əldə  edilən   məlumatlar,  cərrah-oftalmoloqlar   tərəfindən  qiymətləndi-rilərək  uyğun  müalicə  üsuluna  qərar  verilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *