Normal bir hamiləlik 40 həftə ya da 280 gün sürər. Əgər 37 həftə tamamlanmadan əvvəl doğuş gerçəkləşərsə körpə erkən doğulmuş qəbul edilir. 1500 qramdan az olan və 35-ci həftədən əvvəl  doğulan bütün körpələrin mütləq ROP-a  görə  müayinə edilməsi lazımdır. Yeni doğulan körpələrdə ROP-un erkən diaqnozu və müalicəsi  ixtisaslaşmış uşaq həkimi(pediatr) və oftalmoloqun birlikdə çalışması ilə mümkündür. Diaqnozun gec qoyulması və müalicənin gec aparılması zaman  ROP hər iki gözdə korluğa  gətirib çıxarır.

Erkən doğulanların retinapatiyası nədir?

Erkən doğulanların retinopatiyası erkən doğulan uşaqların gözlərində müşahidə edilən  ən önəmli xəstəlik-lərdəndir. Körpənin gözlərindəki damarlar, doğuluncaya qədər tamamlanır. Erkən doğan körpələrdə bu inkişaf tamamlanmadığı üçün doğulandan sonra da davam edir. Erkən doğulan körpələri yaşatmaq üçün yüksək konsentrasiyalarda verilən oksigen, gözdəki damarların anormal inkişaf etməsinə səbəb olur. Bunun nəticəsində damarları tamamlanmamış körpələrin retinalarında qısaca ROP olaraq adlandırılan, erkən doğulanların retinopatiyası xəstəliyi meydana gəlir.

Körpələrin göz müayinəsi nə zaman aparılmalıdır?

 Yeni doğulan bütün körpələrin ilk bir ay içində göz müayinəsinin olunması, sadəcə ROP deyil bir çox göz xəstəliyi: göz təzyiqi, göz təmbəlliyi, göz yaşı kanalının tutulması və çəplik kimi problemlərin zamanında diaqnozunun qoyulması və uğurlu müalicə seçimi  cəhətdən önəmlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *