Gözlərimiz 5 duyğu orqanımız arasında bizə dünyanın bütün gözəlliklərini göstərən, həyata bağlayan, öyrənmə və qavrama qabiliyyətimizi hərəkətə keçirən ilk və ən önəmli orqanımızdır. Gözlərimizi müntəzəm olaraq müayinə etdirmək sağlıqlı və xöşbəxt bir həyat sürməmiz üçün son dərəcə önəmlidir. Göz ilə əlaqəli hər hansı bir problem olmasa belə ildə bir dəfə göz müayinəsi olmaq lazımdır. Uşaqlar isə 6 ayda bir bəzi problemlərlə əlaqədar olaraq daha tez-tez müayinədə olmalıdırlar.
Göz müayinəsinin mərhələləri
Görmə itiliyi testi
İncəllikləri görəbilmə qabiliyyətimiz, getdikcə kiçilən rəqəmlərdən ibarət olan testlərlə ölçülür.
Eynək müayinəsi
Gözümüzdə əmələ gələn qırma qüsuru ilə əlaqədar təmiz görməmə vəziyyətində eynəyə ehtiyac əmələ gəlir.
Göz qapaqlarının müayinəsi
Göz qapaqları, gözyaşı vəzləri, göz yaşı kanalı və göz ətrafındakı sahələrin vəziyyəti incələnir.
Göz əzələlərinin müayinəsi
Gözün daxilii əzələləri gözbəbəyinin hərəkətini kontrol edər. Gözün xarici əzələləri də gözlərin paralel durması işini görər. Çəpgözlük və iki görmə müayinələrində göz əzələlərinin vəziyyəti bilinir.
Göz təzyiqinin ölçülməsi
Avtomatik və manual üsullarla gözün daxili təzyiqi müəyyənləşdirilir. Qlaukoma xəstəliyinin erkən qoyulmuş diaqnozu bu ölçümlərdən çox asılıdır.
Biomikroskopik müayinə
Xüsusi cihaz vasitəsilə kornea(buynuz qişa), iris, billur və retina təbəqəsi dəqiqliklə incələnir.
Göz dibi müayinəsi
Bu müayinə ilə retina dekolmanı, qlaukom, hipertəzyiq, beyin şişləri və vücudda müxtəlif xəstəliklərə aid əlamətlər müəyyən oluna bilir.