June 24, 2022
ALLERGİYA
Allergiya cəmiyyətdə çox sıx görünən bir xəstəlikdir və insanların təxmini 15%-də allergiyanın bir və ya bir neçə növü görülür. Göz allergiyaları gözdə yanma, batma, qaşıntı, qızarıqlıq, sulanma, işığa qarşı həssaslıq və görmə pozğunluğu meydana gətirir. Göz allergiyasının 5 fərqli növü vardır:
Mövsümi və mövsümi olmayan allergik konyunktivit
Bahar keratokonyunktiviti
Atopik keratokonyunktivit
Nəhəng papillyar konyunktivit
Kontakt göz allergiyası
Movsümi allergik konyunktivit
Mövsümi allergic konyunktivit göz allergiyalarının təxmini olaraq yarısını təşkil edir. Hər iki gözdə qaşıntı, sulanma və yanma ilə başlayır. Bu şikayətlərə əsasən burundakı allergik proses təsir edir. Göz qapaqlarında şişlik, gözün bəyaz təbəqəsində qabarıqlar, su toplanması və qızarıqlıq görünür. Mövsümi allergiyaya səbəb olan faktorlar əsasən polenlər, mövsümi olmayan allergiyalara səbəb isə il boyu qarşılaşa bildiyimiz ev tozu zərrələri və heyvan tullantılarıdır.
Bahar keratokonyunktiviti
Bahar keratokonyunktiviti nadir görülür, daha çox dünyanın isti və quru iqliminə malik olan bölümlərində rastlanır. İlk baharda başlanır və yay fəslinin sonuna qədər davam edər. Bu xəstələrin 75%-də astma, atopik ekzema və allergik rinit kimi əlavə xəstəliklərə də rastlanır. Xəstələrin ilk şikayəti qaşıntıdır. Sonra işığa qarşı həssaslığın artması, yanma, yad cisim hissi və bulanıq görmə meydana gəlir.
Gözdə qızarıqlıq, göz qapağında sallanma və gözlərin qıyılması görülə bilir. Tipik olaraq üst qapaqda qabarıqların əmələ gəlməsidir. Bu qabarıqlardan gözün rəngli hissəsinin kənarında da rast gəlmək olar. İrəli formalarında korneada xora əmələ gələ bilər. Ümumiyyətlə 5-10 il davam edər.
Atopik keratokonyunktivit
Atopik keratokonyunktivit korluq riski daşıyan bir allergiya növüdür. Daha çox yetkinlərdə rast gəlinir və astma, soyuqdəymə, atopik dermatit və qida allergiyası kimi səbəblər təsir edə bilər. Xəstənin yaxınlarında da bu xəstəliklərə rast gələ bilər. Başlanğıcı bahar konyunktiviti kimi olmaqla bərabər əmələ gətirdiyi yara toxuması qapağın iç hissəsindən bitişmələr əmələ gətirir, qapağı deformasiya edə bilir, qapaqların içə və ya xaricə dönməsinə və kirpiklərin gözə batmasına səbəb ola bilər.
Nəhəng papillyar konyunktivit
Keçmişdə kontakt linzalara, kontakt linzaların məhlullarına, məhlulların tərkibindəki qoruyucu maddələrə və göz damarlarına bağlı bir allergiya formasıdır. Müasir dövrdə çox az görülür. Bəzən göz protezləri, kontakt linza üzərində toplanan allergen maddələr də bu tip allergiyanı əmələ gətirə bilər. Xəstənin gözündə qaşıntı və kontakt linza istifadə çətinliyi başlayar. Göz qapaqlarının altında papilla deyilən böyük qabarıqlıqlar görünür. Korneada keratit və görmə bulanıqlığı meydana gətirə bilir.
Kontakt göz allergiyası
Kontakt göz allergiyası dərmanlara, dərmanların tərkibindəki qoruyucu maddələrə və ya makyaj vasitələrinə qarşı ola bilər. Sonrakı mərhələlərində göz yaşı kanalında tıxanıqlıq, konyunktivada çapıq və damarlanma əmələ gətirə bilir.
Allergiyanin müalicəsi
Allergiyanın müalicəsində ən önəmli olan allergen maddəni təsbit etmək və mümkün olduğu qədər ondan kənar durmaqdır. Allergiyanın növündən asılı olaraq damlalar, antihistamin dərmanlar və bəzən isə kortizonlu dərmanlara ehtiyac olur.
ASTİQMATİZM
Astiqmatizm – gözün optik sisteminin deffekti: buynuz qişanın (gözün ön təbəqəsinin) qeyri sferik olmasıdır.
Gözdə 2 əsas, bir-birinə perpendikulyar meridian var. Bu meridianların şüa sındırma qüvvəsində fərq böyük olduqda, torlu qişada(retina) əşyaların təsviri aydın alınmır. Əksər hallarda anadangəlmə olur. Bəzən gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəlikləri və travmalarından sonra əmələ gəlir.
Cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda belə, o görməyə təsir etmir. Lakin, presbiopiyanın başlaması ilə, belə gözlərdə astiqmatizm özünü göstərir. Bu onunla izah olunur ki, cavan yaşlarında gözün uyğunlaşdırıcı mexanizmləri bülluru ayrı – ayrı meridianlarda qeyri bərabər dartıllar. Yəni, buynuz qişanın astiqmatizminə cavab olaraq büllurun astiqmatizmi yaranır. İllərnən gözün akkomodasiya qabiliyyəti zəifləyir və büllur buynuz qişanın astiqmatizmini kompensasiya etmək bacarığını itirir.
Əlamətləri
Baş və göz çevrəsində ağrı, bulanıq görmə, kölgəli və ya iki görmə, uzun müddətli kirpik dibi iltihabı kimi problemlər astiqmatizmin əlaməti ola bilər. Astoqmatizmi olan pasiyentlər eynək, kontakt linza və ya refraktiv cərrahiyyə ilə düzəldilmədiyi təqdirdə göz çevrəsindəki ağri, baş ağrisı kimi şikayətlərin yaxşılaşması mümkün olmaz.
Astigmatizmin müalicəsi
Bəlli bir dərəcəyə qədər və şikayət yoxdursa müalicə tələb olunmur.
Astiqmatizmli xəstələr eynəkdən istifadə etməsi çox çətin olur. Əsasən belə xəstələr eynəklərinə 1-2 həftəyə öyrəşirlər.
KOMPÜTER VƏ BİZ
Kompüuter göz sağlığına böyük zərər verə bilir. Ofisdə, qapalı ortamlarda və ən önəmlisi kompüuter arxasında əyləşirkən göz sağlığı üçün təhlükəli bir çox faktor bir araya gəlmiş olur. Bu faktorlar qalıcı narahatçılığa səbəb olur və gözlərdə problemlər yaratmağa başlayır.
İstifadəsi və məşhurluğu sürətlə artan kompüuterlər və müxtəlif iş masasında monitor ekranlarının olması səbəbi ilə bir çox istifadəçinin; göz yorğunluğu, gözlərdə və göz ətrafında ağrı, yanma, batma, quruluq hissi, qaşıntı, qızarıqlıq, sulanma kimi şikayətləri olur. Bəzən isə bulanıq görmə, fokuslama çətinliyi, gözləri qıyaraq baxma, işığa qarşı həssaslıq, baxılan predmet ətrafında işıq saçılmaları görmə, göz qapaqlarında iltihab, kəpəklənmə, baş ağrısı kimi problemlər meydana çıxa bilir.
TƏNBƏL GÖZ
Göz tənbəlliyi, cəmiyyətdə sıx rastlanan, çox danışılan, amma, az bilinən bir sahədir. Hiss etmək çox çətindir və müəyyən edildiyi zaman isə artıq müalicə üçün gec olur. Göz tənbəlliyi vaxtında diaqnoz qoyulanda müalicəsi ən asan xəstəliklərdən biridir. Göz tənbəlliyi gözün sinir təbəqəsini və sinir yollarını tutan diqqətə çarpan bir xəstəlik olmamasına baxmayaraq pasiyentin görməsinin hər hansı bir şəkildə artmaması olaraq təyin oluna bilir. Göz tənbəlliyinə səbəb olan vəziyyətlərin bir an öncə ortadan qalxması və görmə sinirinin xəbərdar olunması (çalışması) gərəkir.
Göz tənbəlliyinin səbəbləri:
Göz tənbəlliyinin müalicəsinə nə qədər tez başlanarsa nəticə bir o qədər uğurlu olacaqdır. Ən müvəffəqiyyətli nəticə 6 yaşına qədər olur. Görmə qabiliyyətinin düzəldilməsi pilləli olaraq aparılır. İlk öncə sağlam göz bağlanılır və uşaq tənbəl gözü ilə özünü idarə edir. Daha sonra eynək vasitəsilə iki gözün də sağlıqlı olaraq görməsi təmin olunur.
Göz tənbəlliyi valideynlər tərəfindən müəyyən edilməməkdədir. Ancaq göz müayinəsində həkim tərəfindən təyin edilə bilər.
Göz tənbəlliyi hər yaşda görülə bilər!
Göz müayinəsinin xüsusi bir yaşı yoxdur. Şikayəti olan uşaq hansı yaşda olursa olsun müayinə edilə bilir. Uşaqların heç bir şikayəti olmasa belə 1-3 yaşına qədər ən az bir dəfə göz müayinəsindən keçmiş olmaları vacibdir. Vaxtlnda təyin edilən göz tənbəlliyində müvəffəqiyyət daha çoxdur.
Göz Tənbəlliyinin Müalicəsi
QURU GÖZ
Müasir dövrümüzdə ən çox yayılmış sindromdur.
Əlamətləri:
– Yanma, batma,
– Göz içində və çevrəsində seliyin olması,
– Küləkdən və ya siqaretdən artıq dərəcədə narahatçılıq,
– Həddindən artıq yaşarma,
– Kontakt linza istifadə edərkən narahatçılıq hissi.
Normada, yaşlandıqca, göz yaşı miqdarı azalır. Menopauza sonrası və yaşlı qadınlarda quru göz daha çox rast gəlinir. Bununla birlikdə, kişilərdə və qadınlarda hər yaşda görülməsi mümkündür. Bu isə A vitamini azlığına bağlı ola bilər. Ən önəmli səbəb isə uzun müddət və fasiləsiz kompüuter arxasında əyləşməkdir bu quru göz probleminə yol açır.
HİPERMETROPİYA
Hipermetropiya əhali arasında yaxını görməmək xəstəliyi olaraq bilinir.
Hipermetropiyanın əlamətləri
Kornea və büllurda qırılan işıqlar görmə mərkəzinin arxasında toplanırsa, göz yaxını yaxşı görməz.
Hipermetropiya niyə əmələ gəlir?
Hipermetropiya anadangəlmə olduğu kimi, ekoloji və genetik faktorlarla bağlı olaraq da əmələ gəlib arta bilər. Göz ətrafında ağrı, göz yorulması, gedib-gələn bulaniqliq kimi şikayətlər ilə başlayır və bunlar xüsusilə uzun zaman yaxın məsafə işlərində meydana çıxır.
Hipermetropiya necə müalicə olunur?
Eynək və kontakt linza istifadə edərək görüntü yaxşılaşdığı kimi, Ekzimer Lazer üsulu da hipermetropiyanı tamamilə müalicə etmiş olur. Lakin lazer müalicəsi uyğun olmayan pasiyentlərə də alternativ olaraq fakik iol əməliyyatı məsləhət görülür.
MİYOPİYA
Miyopiya bir göz qüsurudur. Miyopiya bir gözün ön arxa diametri qırma gücünə görə daha uzundur, bu səbəblə gözə paralel gələn şüalar retinanın önündə göz daxilində bir nöqtədə toplanmaqdadır. Miyopiya irsidir.
Miyopiyanın müalicəsi
Miyopiyanın müalicəsində eynək və kontakt linza istifadə edərək görüntü yaxşılaşdığı kimi Ekzimer Lazer üsulu da miyopiyanı tamamilə müalicə etmiş olur.
Miyopiyanın səbəbləri
Gözün öndən arxaya normadan uzun olduğu və ya kornea və ya büllurun sındırma gücünün normadan daha çox olduğu zaman əmələ gəlir. Bu səbəblə baxılan obyektin görüntüsü retina səthində deyil onun önündə əmələ gəlir. Miyopiyanın ən çox diqqətə çarpan xüsusiyyəti irsi olmasıdır. Miyopiya bəzən göz və ya ümumi narahatsızlıqlarla birlikdə və ya onların nəticəsi olaraq ortaya çıxa bilir. (diabet-marfan-keratokonus-katarakta v.s.)
PRESBİOPİYA
40 yaşdan sonra, yaşa bağlı yaxını görmə problemidir. Gözlərimizin içindəki büllur şəkil dəyişdirə bilən bir quruluşa sahibdir. Büllur bu özəl xüsusiyyət sayəsində cisimlər yaxına gəldiyi zaman, şişərək şəklini dəyişdirə bilir və görmə keyfiyyətini artırır. Yaxın görmə bu şəkildə baş verir. 40 yaşından sonra büllur bu xüsusiyyətini yavaş-yavaş itirməyə başlayır.
Presbiopiyanın əlamətləri
Presbiopiya xəstələri cisimləri 50 cm.-dan daha yaxına gətirdiklərində görməkdə çətinlik çəkirlər. Bu səbəbə görə cisimləri uzaqlaşdıraraq görə bilirlər. Presbiopiyanın ortaya çıxmasını gözün bir xəstəliyi olaraq deyil, təbii bir prosess olaraq qəbul etməliyik.
Presbiopiya necə müalicə edilir?
Dünyada bu problemlə əlaqədar bir çox tətbiq olunacaq müalicə metodu var. Bu müalicə metodlarının özünə görə üstünlük və çatışmayan xüsusiyyətləri vardır. Hal-hazırda presbiopiya müalicəsi üçün ən etibarlı üsul göz içinə multifokal linza(büllur) yerləşdirmə əməliyyatlarıdır.
RƏNG KORLUĞU
Rəng korluğu bir canlının görmə mərkəzində özəl bir piqment molekulunun olmaması və ya lazım olduğundan az olması, onun ətrafındakı rəngləri ayıra bilməməsi dolayısı ilə rəng korluğuna səbəb olur. Qırmızı, yaşıl və mavı rənglərdən bir ya da birdən artığını ayıra bilməməyi ortaya çıxan pozuqluqdur.
Rəng Korluğunun səbəbləri
Rəng korluğunun səbəbləri tam olaraq bilinməməkdədir. Amma genetik olduğu bilinir. Bəzən rəng korluğu sinir sistemi xəstəliklərinə bağlı oıaraq da əmələ gəlir.
UVEİT
Uvea toxumasının iltihabına uveit deyilir. Müalicədə müvəffəqiyyət əldə etmək üçün erkən diaqnoz, nizamlı müayinə böyük rol oynayır. Bu şərtlərə riayət olunarsa çox zaman göz tam müalicə olur.
Əlaməti və səbəbləri
Uveit gözdə ağrı və eyni zamanda qızarıqlıq şəklində anidən ortaya çıxa bilir. Əlamətləri – işığa həssaslıq, görmədə nöqtələr. Xəstəliyin aktiv olduğu dönəmdə tətbiq olunan müalicələrlə və ya bəzən öz-özünə keçər və xəstəlik ikinci bir ataka qədər sakit bir mərhələyə keçər. Xəstələrin bir çoxunda uveitin səbəbləri məlum olmamaqla birlikdə, virus, göbələk və parazit kimi infeksiyaya bağlı olaraq da ortaya çıxa bilir. Ayrıca Behçet xəstəliyi və ya bəzi oynaq xəstəlikləri kimi avtoimmun mənşəli bağ toxuması xəstəliyi də səbəb ola bilər.
Üveitin müalicəsi
Əsasən steroid və göz bəbəyini böyüdən damlalar istifadə edilməklədir. Qlaukoma, katarakta, neovaskülarizasyonlar (yeni damarların əmələ gəlməsi) kimi müxtəlif fəsadlar əmələ gələ bilər.
Blefarit – göz qapağının kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşahidə olunur. Səbəbi isə göz qapaqları kənarla-rında yerləşən vəzilərin iltihablaşmasıdır. Ümumi xəstəliklər, hipovitaminozlar, kariyesli dişlərin və qurd xəstəliklərinin olması, həmçinin sanitar gigiyenik qaydalara riayət etmədikdə və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesi başlaya bilər. Blefarit çox zaman, müalicə edilməsi çətin olan xroniki bir xəstəlikdir.
Keratit – gözlərdə daha çox təsadüf edilən xəstəliklərdən biri olub buynuz qişasının iltihabıdır . Bu xəstəliyin əsas əlaməti gözün buynuz qişasının bulanmasıdır. Keratit, adətən, konyuktivit, allergiya, travmalar və digər xəstəliklərdən sonra baş verir.
Keratitin əlamətləri
Keratitin növləri
Bakterial keratit
Virus keratiti
Göbələk keratiti
NİSTAQM
Göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkətidir. Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Nistaqm irsi ya da xəstəlik nəticəsində meydana gəlir.
Nistaqmın növləri
Okulyar nistaqm
Vestibulyar nistaqm
Nevroloji (mərkəzi) nistaqm
Anadangəlmə nistaqm
Nistaqmda müalicə
Vestibulyar və nevroloji nistaqmlarda müalicə mümkündür. Anadangəlmə nistaqmlarda müalicə optik, ortoptik və cərrahi olaraq tətbiq olunur.
a)Optik müalicə – yüksək qırma qüsuru olan xəstələrdə eynəklə görmənin düzəldilməsi nistaqmın azalmasına səbəb ola bilər.
b)Ortoptik müalicə – Çəpgözlük və ambliopiya müalicəsində istifadə olunan üsullarla aparılan nistaqm müalicəsidir. Müalicənin nəticəsi məhduddur.
c)Cərrahi müalicə – müəyyən baxış mövqelərində nistaqmın azaldığı görünür.