Qlaukoma  kimlərdə  ola bilər?

  • Göz  daxili  təzyiqi  normadan  yüksək  olan  insanlarda  qloukoma  olma  ehtimalı  daha  yüksəkdir.
  • 60  yaşın  üstündəkı   insanlarda  qloukoma  riski  artmaqdadır.
  • Qlaukoma  genetik  ola  bilir.  Ailesinde  qlaukoma  olan  insanlarda  qlaukoma  olma  riski  daha  yüksəkdir.
  • Şəkər  və  zobu olan  xəstələrdə  qlaukoma  olma  riski  daha  yüksəkdir.
  • Ağır  göz  travmaları  göz  daxili  təzyiqin  yüksəlməsinə  səbəb ola  bilir.  Digər  risk  faktorları: retina  dekolmanı, xroniki uveit  və ya  iritis kimi göz  iltihabları. Bəzi  göz  əməliyyatlarından  sonra  qlaukoma  əmələ  gəlmə  ehtimalı  vardır.
  • Əsasən  uzağı  yaxşı  görməmək  olaraq  bilinən  yüksək  dərəcəli  miyopiyada  qloukoma   olma  sıxlığı  təxmini  iki  dəfə  artmaqdadır.
  • Uzun  müddət   kortizon   istifadəsi (damla, həb şəklində və ya dəri  kremi  olaraq) qlaukoma  əmələ  gəlməsinə  səbəb  ola  bilər.

Bu  xüsusiyyətlərə  sahib  olan  insanların,  görmə  sinirindəki  zərərin  erkən  təsbiti  üçün  mütamadi  göz  müayinəsi  olmaları  vacibdir.

Qlaukomanın  səbələri

Göz içinde salgılanan ve gözün beslenmesi için gerekli olan göz içi sıvısının boşalamamasına bağlı olarak göz içinde basınç yükselir. Yükselen göz içi basıncı da göz siniri hücrelerine zarar verir.

 Qlaukoma  riskini  artıran  faktorlar  nədir?

  • Ailədə  qlaukomalı  xəstənin  olması (genetik  uyğunluq)
  • 40  yaşın  üstündə  olunması
  • Şəkər  xəstəliyi
  • Şiddətli  qansızlıq
  • Yüksək – aşağı  qan təzyiqi
  • Yüksək  miopiya
  • Yüksək  hipermetropiya
  • Miqren
  • Uzun  müddətli  kortizon  müalicəsi
  • Göz travmaları
  • İrqi faktorlar

Bu  xüsusiyyətlərə sahib  olan  insanlarda  qlaukoma  xəstəliyinin  ortaya  çıxma  riski  cox  yüksək  olduğu  üçün  bu  insanların  görmə  sinirindəki  zərəri  erkən müəyyən  etmək  məqsədi ilə  mütəmadi olaraq  göz  müayinələrinə  getmələri  mütləqdir.

Qlaukomanın  müalicəsi

Qlaukomanın  müalicəsi üç  formada  aparılır.

  1. Dərman  preparatları ilə müalicə
  2. Lazer  müalicəsi
  3. Cərrahi  əməliyyat

Dərman  müalicəsi

Əvvəlcə  xəstənin  göz  təzyiqinin  aşağı  düşməsini təmin etmək  lazımdır. Bunun  üçün  dərman preparatları  vardır. Bu  dərman  preparatları  hər  gün müəyyən  edilmiş  saat intervalında ve daimi  istifadə olunmalıdır. Dərman  müalicəsinə  baxmayaraq  xəstənin  göz  təzyiqi düşmürsə  və  görmə  sahəs i kiçilirsə  onda  xəstə əməliyyat  olunması  gərəkəcəkdir.

Cərrahi  müalicə

Əməliyyat  zamanı, gözün  bəyaz  hissəsində  bir  dəlik  açılır. Xaricdən  görünməyəcək  qədər  kiçik  olan  bu  dəliklə,  gözün  içərisindəki  artıq  maye  boşaldılır. Əməliyyat  sonrası  əksər  xəstələrdə  qlaukoma  ortadan  qalxar. Amma bu  halın  bütün  xəstələrə  şamil  olması  mümkün  deyildir.

Lazer  müalicəsi

Göz  təzyiqi  müalicəsində  lazer  şüası – xroniki  qlaukoma  diaqnozu  qoyulmuş  xəstələrdə  göz  içində  yığılan  mayenin  xaricə  ifrazını  asanlaşdırmaq  üçün  lazer, “süzgəc  bənzəri”   xaricə  axan  kanallarına  tətbiq  olunur. 

Qlaukoma – ağır  göz  xəstəliyi  olub, vaxtında  müalicə  olunmasa  görmə  sinirinin  atrofiyasına  və  görmənin  tamamilə  itməsinə  səbəb  olur.

Qlaukoma  göz  daxili  mayenin  təbii  dövranının  pozulması  nəticəsində  gözdaxili  təzyiqin  qalxması  ilə  əlaqədardır. Bu  xəstəlik  40  yaşdan  yuxarı  insanların  1.5 – 2.5%-ndə  rast  gəlinir. Cavan insanlarda  görmə hələ  yaxşı  olduğundan  onlar  nadir  hallarda  həkimə  müarciət  edirlər. Qlaukoma  çox  “hiyləgər”  xəstəlikdir, o gizlicə  gəlir, uzun  müddət  gizli  formada  öz  işini  görür ki, sonradan  fəlakətli  nəticələr  əldə  edə  bilsin. Qlaukoma  tam  korluğa  səbəb olur. Siz  artan  təzyiqi  hiss etməyə bulərsiniz, amma, bununla  o heç  də  az  təhlükəli  olmur. Təzyiq  nə  qədər  çox  olarsa,  görmə  sinirləri  bir  o  qədər  çox  əziyyət  çəkər. Tədricən  görmə  sinirinin  atrofiyası  baş verir  və o  məhv  olur. Onunla  birlikdə  görmə qabiliyyəti  də  itir.

Qlaukomanın  simptomları:

1. Səhərlər  başda  ağırlıq

2. Qəfildən  gözdən  suyun  axması

3. Gözdə,gözətrafı  ərazilərdə və  başın  müvafiq  yerlərində  yüngül, tezkeçən  ağrılar     

    və ya  alın  və  gicgah  nahiyəsində  küt  ağrılar

4. Görmənin  mütamadi  olaraq  tutqunlaşması

5. İşıq  mənbəyinə  baxdıqda  rəngbərəng  dairələr

Qlaukoma  zamanı  görmənin  istənilən  zəifləməsi  bərpaedilməzdir.  Vaxtında  müalicə  edilmədikdə  görmə  tamamilə  itirilə  bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *