June 24, 2022
Retina göz almasının arxa divarını bir divar kağızı kimi örtən və görmə hüceyrələrindən əmələ gələn ağ təbəqəsidir. Retinada əmələ gələn xəstəliklər görmə duyğumuza ciddi təsir edir.
Retina xəstəlikərinin əmələ gəlməsi aşağıdakı faktorlardan asılıdır.
Şəkər və yüksək təzyiqə bağlı qanamalar
Retina damar tıxanmaları
Retina qopmaları(yırtıqlar)
Sarı nöqtə xəstəliyi
Anadangəlmə retina xəstəlikləri
Retina altında maye toplanması, retina ödəmi
Göz içinə girən yad cisimlər
Makula dəlikləri
Vitreoretinal səthi pozuqluqlar
Retina şişləri
Retina xəstəliyinin əlamətləri
Ani və ya yavaş görmənin itməsi
Qırıq – əyri görmə
İşıq çaxmaları
Göz önündə uçan cisimlər(uçan həşərat)
Görmənin pərdələnməsi
Gəlib keçən və qısa müddətli görmənin itməsi
Görüş sahəsində qaranlıq sahələrin əmələ gəlməsi
Şəkər və hipertansiyonun retinaya mənfi təsirləri
Şəkər və hipertansiyon xəstəlikləri vücudun bütün sistemlərinə mənfi təsir edir və ilk olaraq ən böyük mənfi təsiri gözdə əmələ gətirir. Bu xəstəliklər nəticəsində retinada damar genişlənir və keçiricilik pozulur. Görmənin keyfiyyətində pozulma, rəng seçimində pozulmalar meydana çıxır. Yaşa bağlı və irsi təsirləri ortadan qaldırmaq mümkün deyil.
Xəstəliyin neçə növü vardır və nəticələri
Xəstəliyin quru və yaş tip olmaqla iki tipi var. Quru tip 90%, yaş tip 10% hallarda rast gəlinir. Ancaq görmənin itməsinə yol açdığından yaş tipdə erkən diaqnoz daha böyük önəm daşıyır. Quru tipə nisbətən daha sürətlə irəliləyən xəstəlik, ani görmənin itməsi ilə birgə rəngli görmənin və kontrast həssasiyyətin pozulmasına, zamanla retina və makulada əmələ gələn yeni damarlarda qanama yaratması nəticəsində korluğa səbəb olur.
Sarı nöqtə xəstəliyinin müalicəsi
Quru tipdə qoruyucu müalicə, yaş tipdə isə göz içinə iynə müalicəsi və fotodinamik müalicə tətbiq olunur. Qoruyucu müalicədə anti-oksidant A.C.E vitaminləri, lutein və sink istifadə olunur. Göz daxilinə iynə müalicəsi üsulu damcı ilə keyidilir. İynə vurularkən xəstə hər hansı bir ağrı hiss etmir. Fotodinamik müalicədə isə öncə venadan xüsusi tərkibdə verteprofin adında bir dərman verilir, az miqdarda lazer tətbiq olunur. Sarı nöqtə müalicə edilməzsə görmə 95% azalır və nəticəsi görmənin itməsidir.
Sarı nöqtə xəstəliyində Amslergrid testi
Bu test edilmə tövsiyyə olunan bir göz müayinəsinin qarşılığı deyil, ancaq sarı nöqtə xəstəliyinin erkən əlamətlərini öz-özümüzə tətbiq edərək təsbit etmənizi təmin edəcək bir sxemdir. Mütəxəssislər tərəfindən 40 yaşdan yuxarı hər kəsin bu testi tətbiq etməsi tövsiyə olunur.
Amslergrid testinin tətbiq olunma şəkli
Normada oxumaq üçün istifadə etdiyiniz eynək və ya kontakt linza varsa taxın.
Yuxarıda görülən sxemanı yaxşı aydınlatılmış bir otaqda, üzünüzdən təqribən 30-40 sm. Irəlidə sabit şəkildə tutun.
Bir gözünüzü əlinizlə bağlayın və açıq olan gözünüz ilə ortadan nöqtəyə diqqət yetirin, Sxemdə yer alan böyük sahənin (kvadratın) 4 tərəfində görüb görmədiyinizə diqqət edin.
Digər gözünüzü də eyni şəkildə test edin.
Retinada erkən diaqnoz, qoruyucu tibbi müalicə və gec qalmadan icra olunan doğru cərrahi müdaxilə həyati önəm daşıyır. Klinikamızda retina əməliyyatları göz daxili mikrocərrahi əməliyyatları üçün xüsusi təcrübəli bir komandanın, son model cihaz və alət zəncirinin dəstəyi ilə aparılır.
Retina qopması
Retinada əmələ gələn yırtıq və ya dəliklər səbəbindən əmələ gəlir. Ən sıx yüksək miopiya xəstəliklərində görülür. Orta yaş və üzərində daha çox olmaqla hər yerdə ortaya çıxa bilir. Retina təbəqəsi gözün ön-arxa ölçüsü artdıqca gərilir və üzərindəki gərilmə sahəsi incəlməyə və pozulmağa başlayır. Bəzi ailəvi və ya degenerativ xəstəliklərdə , infeksiyalarda da retina sahəsində hissə-hissə incəlmə və pozulmalar əmələ gələ bilir. Bu arada eyni səbəblərlə vitreus geli də homogenliyini itirməyə və pozulmağa başlayır, gel kütləsi dəyişir və yavaş-yavaş retinadan ayrılır. Bu ayrılmaya vitreusun qopması deyilir. Bu arada büzülən və kontrastlaşan vitreus toxuması gözün daxilində görmə ağından keçdikcə, şəxs tərəfindən gözün önündə uçan milçək və ya duman pərdəsi olaraq qavranılır. Retina qopması təcili olaraq müalicə olunmazsa, hissəvi və ya tam görmənin itməsinə səbəb ola bilir.
Retina qopması səbəb və əlamətləri
Retina xəstəlikləri müalicə edilmədiyi təqdirdə qalıcı korluqla nəticələnir. İşıq saçması, milçək uçması, ani görmənin itməsi kimi əlamətlər retina qopması kimi önəmli bir retina xəstəliyinin xəbərçisi olo bilər. Müalicəsində erkən təşhis, hər tərəfli müayinə, zamanında və ən önəmlisi doğru müalicə ilə görmənin itməsinə səbəb ola biləcək nəticələri dəf etmək mümkündür. Retina əməliyyatları böyük sterilizasiya tədbirləri ilə yüksək texnologiyanın istifadə olunmasını tələb edən, əks təqdirdə nəticəni görmənin itməsinə gətirib çıxaran önəmli bir əməliyyatdır. Makula (gözün görmə mərkəzi) altındakı toxumadan ayrılınca mərkəzi görmə itir. Uzun müddətli qopmalarda göz daxili tarazlıqlar pozulur və göz alması kiçilməyə başlayır.Gözə gələn ani, şiddətli və ya dəlici zərbələr qopmaya səbəb ola bilirlər. Diabet və bəzi degenerativ xəstəliklərdə vitreusda retinanı çəkən bağlar əmələ gələrək dartmaya bağlı qopmalar əmələ gələ bilər. Nadir hallarda qopma bəzi infeksiya, şiş və ya xüsusilə hamiləlikdə ortaya çıxan təzyiq krizlərində gözdə heç yırtıq olmadan da əmələ gələ bilir.
Diabetik retinopatiya nədir?
Şəkər xəstəliyinə bağlı korluğun ən sıx görülən səbəbi Diabetik retinopatiyadır. Diabet, insulin ifrazı və ya insulin təsirinin yetərsizliyi nəticəsində qan şəkərinin artması ilə özünü göstərən metabolik bir xəstəlikdir. Diabet gözün xüsusilə sinir təbəqəsini (retina və ya ağ təbəqə) və bu təbəqədəki kiçik diametrli damarlara təsir edərək çalışmasını pozur və görmənin itməsinə gətirib çıxarır. Şəkər xəstəliyinə bağlı retina pozulmalarına diabetik retinopatiya deyilir. Şəkər xəstələ-rində gənclərdə yetkinlik çağından etibarən, 30 yaşından sonra ortaya çıxan insanlarda isə diaqnoz qoyulduğunda mütləq göz müayinəsi olunmalıdır. Şəkər xəstələrində retina normaldırsa ildə bir dəfə müayinə olunmalıdır. Retinopatiya başladığında isə izləmə vaxtı 3 – 4 ay fasilələrlə aparılmalıdır.
Diabetik retinopatiyanın səbəbləri
Diabetik retinopatiyanın əmələ gəlməsində rol oynayan risk faktorlarının başında şəkər xəstəliyi gəlir. Xüsusilə diabet diaqnozundan etibarən 10 illik fasilədən sonra retinopatiya görülmə sıxlığı artmaqdadır. Tip 1 və ya insulinə bağlı gənc diabetlərdə yetkinlik yaşlarından sonra retinopatiya görülmə sıxlığı yaşla bağlı olaraq artmaqdadır. Qan şəkəri kontrolu önəmli bir faktordur. Qan şəkərinin nizamsız olması ani qan şəkəri yüksəlmə və düşmələri retina pozulmasını, xəstəliyin irəliləməsini asanlaşdırır. Hamiləlik, hipertansiyon, qan yağlarının yüksəkliyi, böyrək xəstəliyi retinopatiyanı ağırlaşdıran digər faktorlardır.
Şəkər xəstəliyi retinadakı kiçik damarların quruluşunu pozur, hüceyrə itkisinə yol açaraq damar keçiriciliyinin pozulmasına sarı nöqtə bölgəsində maye və yağli maddələrin toplanmasına və bərabərində kiçik damarların tıxanaraq qidalanmayan sahələrin ortaya çıxmasına səbəb olur. Retinada öz-özlüyündən qanaya bilən yeni damarlar əmələ gəlir. Retinanın önündə və içində əmələ gələn qanamalar gözün arxa boşluğuna sıza bilər. Retinada damarlı zarlar əmələ gəlir və nəticədə ciddi görmə itmələri, ağrılı göz təzyiqi yüksəlmələrinə səbəb olur.
Makula degenerasiyası
Sarı nöqtə (makula degenerasiyası) xəstəliyi, mərkəzi görmədən ağır retina xəstəliyidir. Cəmiyyətdə 55 yaşından sonra olduqca sıx görülür və irəliləməsi halında görmənin itməsinə yol aça bilir.
Sarı nöqtə xəstəliyi kimlərdə görülür.
Siqaretdən istifadə edənlər
55 yaşdan yuxarı insanlarda
İrsi risk daşıyanlar
Risk faktorları
Yaşla bağlı sarı nöqtə xəstəliyinin əsas risk faktorları insanın yaşı və irsi xüsusiyyətləridir. Digər risk faktorları isə hipertəzyiq,siqaret, qidalanma şəkli, lipid xolesterol yüksəkliyi, günəş işığına uzun müddət məruz qalma və piylənmədir.
Xəstəliyin əlamətləri
Görmənin itməsi
Cisimləri,cizgiləri əyri və ya qırıq görmə
Göz önündə qaraltılar
Görmənin keyfiyyətində pozulma
Cizgilərdə dalğalanma, qırılma, bulanıqlıq görülürsə və ya bucaqları görmək çətinləşirsə Sizdə sarı nöqtə xəstəliyi əlamətləri ola bilər.
Bu durumda ən qısa zamanda retina xəstəlikləri üzrə mütəxəssis bir həkimə müraciət etmək lazımdır.