Şəkər  xəstəliyi  mədəaltı  vəzindən ifraz  olunan  insulin  hormonunun  əksikliyinə və ya  təsirsizliyinə  bağlı şəkərin yüksəlməsi  deməkdir. Bu eyni zamanda bir  kiçik damar xəstəliyidir. Diabetik  retinapatiya, şəkər  xəstəliyinə  bağlı  olaraq  gözün  arxa  bölümündə  işığa  həssas  bir toxuma olan retina  təbəqəsinin (torlu  qişa) damarlarının  zədələnməsi  ilə  müşahidə olunan və  korluğa  səbəb olan bir  hal  olub, diabetin  müalicə ediləbilən bir  fəsadıdır. İki gözə də təsir edir. Xəstəliyinin başlanğıcında xəstənin heç bir  şikayəti  olmur, fəsadlar  zamanla  ortaya çıxır. Əsasən də  diabet  başlandığından 10 il sonra  retinopatiya  görülmə  sıxlığı  artmaqdadır.  Erkən  mərhələdə müayinə  olunan  xəstələrin  müalicəsi  mümkündür.  Bu  səbəblə  xəstələrin  heç  bir  şikayəti  olmasa da  ildə  1 dəfə retina  müayinəsi olması  lazımdır. Hamiləlik, katarakt əməliyyatı, insulinə  yeni  keçid  zamanı göz müayinəsi  tez-tez  aparılmalıdır. Şəkər  xəstələrində  qan  şəkərinin tez-tez  dəyişməsi ilə   görmə  müvəqqəti  olaraq bulanıqlaşır.

Diabetik  retinapatiyanın  mərhələləri hansılardır?

  1. Diabetik  retinapatiya:  Torlu qişa  damarlarının  tıxanması  və  divarlarının  pozulması ilə  kiçik  damar  genişlənmələri(mikroanevrizma), qanın  retinaya sızması ilə  kiçik  retina  içi qanamalar, sərt  eksudatlar   deyilən  sarı  yığınlar görülür. Retinanın  makula  adı  verilən  ən  hassas  hissəsinə  təsir  olmadıqca görmədə  şikayət  olmur.
  2. Makulopatiya:  Şəkərli  diabet  xəstələrdə  zamanla  makula  bölgəsinin damarlarına  təsir edərkən, bu  bölgədəki  damarların  zədələnməsi  ilə, qidalanma  pozğunluğu (işemiya), maye  sızması(ödem),  və  bu  nahiyədə  qanama,   eksudatlar  görməyə mənfi  təsir  edər. Xəstə  bulanıq  və  zəif  görmədən  şikayərlənər.
  3. Preproliferatif  diabetik  retinapatiya: Proliferatif  retinapatiyaya  keçiş  mərhələsidir. Əsası  diabet  əlamətlərin  şiddətlənməsi ilə  xarakterizə olur.
  4. Proliferatif  diabetik retinopatiya:  Digər  əlamətlərdən daha  az  görünür.  Qidalanma  pozğunluğuna(işemiya) cavab  olaraq  retina  bəzi  siqnallar və  kimyəvi maddələr  ifraz edir  və  istənməyən  yerlərdə  yeni  damarlar  əmələ  gətirir. Yeni  damarlar  göz  içində  qanaxmaya

səbəb olur.

(vitreus hemorajisi), ətrafında  inkişaf  edən və  gözün  içini  dolduran  yumurta  ağı qatılığında

 Jele (vitreus)  doğru  uzanan bantların  əmələ  gətirdiyi  çəkinti ilə  retinanın  yerindən  qopması (dekolman), göz  təzyiqinin yüksəlməsinə(qlaukom) səbəb olur. Bu səbəblər  korluqla  nəticələnir.

Necə  müalicə  olur?  Lazer  koaqulyasiyası necə tətbiq  olunur?

Xəstənin  şikayəti  olmadan göz  həkiminə  müraciət  etməsi  çox  vacibdir. Erkən  mərhələdə LAZER  işıq Koaqulyasiyası ilə,  müalicə  edilən  xəstələrin  80-90%-ində  korluğun qarşısını  almaq  mümkündür.  LAZER müalicəsinin məqsədi, xəstənin  baş vurduğu  zaman görməsini eyni  səviyyədə saxlamaqdır. Ancaq  lazerdən  sonra bir  miqdar  görmə  azalması  olabilirsə də,  sonralar  görüləcək  daha  şiddətli  görmə  zəifliyinin  qarşısını alması müşahidə  olur. Lazerdən  sonra  görmədə  şikayətlər  arta  bilər,  ancaq  bir  müddətdən  sonra  köhnə  səviyyəyə  dönür. Lazer müalicəsinin müvəffəqiyyətli  olması xəstənin  erkən  həkimə  müraciət  etməsindən  asılıdır. 

Vitrektomiya  əməliyyatı  nədir?

Müalicə  üçün  gec  qalmış  və  bəzən  lazer  müalicəsinə  rəğmən  irəliləmə göstərən  xəstələrdə, gözün  içinə 1mm-dən incə  özəl  alətlərlə girilərək  tətbiq olunan  bir  cərrahi üsuldur. Göz içi  maye (vitreus) içindeki  qanamalrın  və çəkinti  əmələ  gətirən  bantların  təmizlənməsi və  retinanın təkrar əvvəlki  anatomik quruluşuna bənzəməsi  hədəflənir. Təmizlənən  göz  içi  mayesinin  yerinə  fizioloji  və  ya  başqa  maye  ilə  doldurulur. Bu  əməliyyat  üçün də  gec  qalmamaq lazımdır, uğurlu  olması  vaxtında  həkimə müraciətdən asılıdır. Əməliyyat  zamanı  gözün  içinə  hava, qaz, silikon  kimi  TAMPON  MADDƏLƏR verilir. Bu  maddələr  içində silikonun  təkrar  geri  alınması  lazımdır.Digərləri  bir müddət  sonra  özləri sorulur. Əməliyyatın   fəsadı  katarakta(mirvari suyu) əmələ  gətirməsidir. Şəkərin artış  və  düşüşlərindən asılı olaraq yenidən  qanama əmələ  gələ bilər bu  zaman yenidən  cərrahi  müdaxilə  gərkə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *